Ermənistan üçün fəlakətdir! | Badalyandan Trampla bağlı sensasiya yaradan açıqlama
“ABŞ-nin yeni Prezidenti bütün dünyada Amerika pullarının səxavətlə xərcləndiyi maliyyələşdirmə və proqramların əsaslı şəkildə nəzərdən keçirilməsinə başlayacaq. Belə bir “təftiş”, sözsüz ki, Ermənistana da təsir edəcək”.
Bu sözləri erməni siyasi strateq Armen Badalyan “Sputnik”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən QHT-lərin və müxtəlif “danışan başların” Donald Trampın seçilməsindən “xüsusi ilham almaması”nın və seçki kampaniyası zamanı Kamala Harrisin fəal təbliğatını aparmalarının əsas səbəbi budur.
“D.Tramp biznesmendir və ABŞ-nin ictimai sektora səxavətli yardımlarının nəyə xərcləndiyini “inventarlaşdırmağa” başlaya bilər. Bəli, biz başa düşürük ki, Ermənistan məsələsində bu xərclərin ümumi elan edilmiş məqsədi Rusiyadan uzaqlaşma, anti-Rusiya əhval-ruhiyyəsinin yayılmasıdır. Ancaq bunu necə ölçmək olar?
Növbəti dollar tranşının ayrılmasından sonra İrəvanın neçə sadə sakininin anti-Rusiya əhval-ruhiyyəsinə bürünməsi Amerikanı maraqlandırmır. D.Trampa real nəticələr, məsələn, Ermənistanın postsovet məkanında inteqrasiya strukturlarını tərk edib-etmədiyi, hansı xarici və iqtisadi siyasəti yeritdiyi və s. maraqlıdır”, – A.Badalyan bildirib.
O qeyd edib ki, D.Trampın vəzifəsinin icrasına başladıqdan sonra Amerika hökumətində daha genişmiqyaslı ixtisarlar gözlənilir. Kadrların “təmizlənməsi” ilə yanaşı, Amerika büdcəsindən ayrılan vəsaitlərin müxtəlif layihə və ideyalara necə xərclənməsi ilə bağlı çox ciddi yoxlamalar və “auditlər” də gözləməliyik:
“Bu, digər məsələlərlə yanaşı, Ermənistana gələn Amerika qrantlarının azalmasına gətirib çıxaracaq”.