Ermənistanda bu tarixdə Paşinyana qarşı mitinq keçiriləcək
“Birlikdə” hərəkatı Ermənistanın Baş naziri Nikol Paşinyanın və bütün Nazirlər Kabinetinin istefasını tələb edib.
Bu barədə hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı deyib.
Bildirib ki, fevralın 20-də hərəkat İrəvandakı Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır.
Onun sözlərinə görə, bu aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq: “Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz”.
Hərəkat nümayəndələri müxalifəti təmsil edən deputatları mitinqdə iştiraka dəvət ediblər.
A.Sarkisyan vurğulayıb ki, hazırda Ermənistandakı siyasi qüvvələrlə onların mitinqdə və bütövlükdə prosesdə iştirakına dair danışıqlar aparılır.
Hərəkatın nümayəndəsi, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan isə qeyd edib ki, indiki hakimiyyət uzaqgörən siyasət yürütmür, xüsusən də Qərbin xeyrinə geosiyasi seçim etmək istəyir və ondan kömək gözləyir.
O qeyd edib ki, Paşinyan könüllü istefa verəcəyi təqdirdə ona və ailəsinə təhlükəsizliklə bağlı zəmanət veriləcək.
#Ermənistan teqi istifadə olunub
- Boş qalan kəndin izləri | Çöl tədqiqatları zamanı burada hansı irs aşkarlanıb?
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
