Ermənistanda partiyaların təşviqat aparmasının qadağan olunduğu "sükut günü" başlayıb - Baku TV
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində partiya və blokların təşviqat aparmasının qadağan olunduğu “sükut günü” başlayıb.
Qadağa Ermənistan vaxtı ilə gecə yarısında qüvvəyə minib.
Ölkə qanunlarına görə, bu gün seçki subyektlərinin liderləri və nümayəndələrinə tərəfdarları ilə görüşlər keçirmək, mediada və sosial şəbəkələrdə təşviqat materialları dərc etmək, televiziya və radioda çıxış etmək qadağandır.
Şəhər küçələrində artıq asılmış bannerlər və plakatlar qala bilər, onların yığışdırılması qanunla tələb olunmur. “Sükut günü”ndə seçkilərdən əvvəl son hazırlıq işləri də seçki məntəqələrində aparılacaq. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə qutuları və lazımi avadanlıqlar quraşdıracaqlar. Ənənəvi olaraq seçki məntəqələrinin xeyli hissəsi təhsil müəssisələrində yerləşir.
Ekspertlərin və ölkədə aparılan sosioloji araşdırmaların nəticələrinə görə, “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan seçkilərdə hazırkı Ermənistan Baş naziri Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyasının əsas rəqiblərindən biri olacaq.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI
- Ermənistan-Rusiya ticari-iqtisadi münasibətləri - Baku TV
- Rusiyanın təzyiqi, Avropanın himayəsi, Paşinyanın səsi | Ermənistanda 7 iyunda havalar necə olacaq?
- Rusiyanın yeni inteqrasiya təklifi: İqtisadi layihə, yoxsa siyasi asılılıq? - AKTUAL GÜNDƏM
- Ermənistanda müxalifət seçki nəticələrini tanımayacaq: Çevrilişə hazırlıq gedir? - AKTUAL GÜNDƏM
