Pleyeri seçin:

Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

06 iyun 2026 382 baxış

Yaponiyada ötən il doğulan körpələrin sayı rekord sayda az olub.

Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə doğuşların sayı əvvəlki ilə nisbətən təxminən 15 min azalaraq 671 minə düşüb.

Doğuş sayı ardıcıl 10 ildir azalır və ötənilki rəqəm 1899-cu ildə qeydiyyatın aparılmasına başlanmasından indiyədək ən aşağı göstəricidir.

Nazirliyin tabeliyindəki Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu hələ 3 il əvvəl Yaponiyada doğuşların sayının 2040-cı illərdə 670 minə düşəcəyini təxmin etmişdi. Yaponiya həmin səviyyəyə 15 il tez çatıb.

Doğuşların sayı 1949-cu ildə körpə bumu zamanı 2,69 milyon göstərici ilə pik həddə çatıb. 2025-ci ildəki rəqəm bunun təxminən dörddəbirini təşkil edib.

Doğuş sayı ilə yanaşı, qadınların doğuş əmsalı da əvvəlki ilə nisbətdə 0,01 bənd azalaraq tarixi minimuma düşüb. Bölgələrə görə ən aşağı göstərici paytaxt Tokioda, ən yüksək isə Okinavada qeydə alınıb.

Doğuşların və doğuş nisbətinin ildən-ilə azalması ölkədə əhalinin sayının azalmasının əsas səbəblərindən biridir. Yaponiyada əhalinin sayı 2010-cu ildə pik həddə 128,5 milyon nəfərə çatdıqdan sonra ardıcıl azalma müşahidə olunur. Ötən il bu rəqəm 123,4 milyon nəfər olub.

Proqnozlara görə, Yaponiyada əhalinin sayı 2060-cı ilə qədər 70 milyonadək, əsrin sonuna isə 43 milyonadək azalacaq. 2060-cı ildə əhalinin təxminən 40 faizini yaşı 65-dən yuxarı olanlar təşkil edəcək.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 382 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 382 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 382 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 382 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 382 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 382 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 382 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 382 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 382 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 382 baxış
Seçilmişlər
icon