Etirazların Fransaya vurduğu ziyan günü gündən artır
Fransada baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirlər 1 milyard avrodan çox itki ilə üzləşib.
Bunu Fransa Sahibkarlar Hərəkatının rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində deyib. O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu bildirib.
“Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. İğtişaşların dünyaya yayılan görüntüləri Fransanın imicinə xələl gətirir”, – deyə o vurğulayıb.
Jofru Ru de Bezyo əlavə edib ki, son günlər ərzində 500-dək mağaza tamamilə qarət edilib, 300 bank filialı isə dağıdılıb. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən törədilən yanğınlardan da əziyyət çəkirlər.
İğtişaşlar fonunda xüsusilə ABŞ-dən olan əcnəbilərin Paris hotellərində sifarişlərinin 25%-ə qədərini ləğv etdiyi bildirilir.
#Fransa teqi istifadə olunub
- Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Minlərlə mağazanın qarət olunduğu hadisələrə görə 149 nəfərə hökm çıxarılıb
- XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT
- XİN Fransadakı iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - Baku TV
