Fələstində erməni alayı: erməni terrorçulardan HƏMAS-a dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni “Nubar Ozanyan” Alayı, fələstinlilər və Qüds erməniləri ilə həmrəylik nümayiş etdirərək videomüraciət yayıb.
Yayılan kadrlarda ermənilər “Biz İsrailə qarşı döyüşməyə hazırıq” deyə bildirirlər.
Qeyd edək ki, bu “alay” Suriyanın şimalında, PKK terrorçu təşkilatlarının nəzarətindəki ərazilərdə yaradılıb və o, “Orxan Bakırçıyan” kimi tanınmış Nubar Ozanyanın adını daşıyır. Ozanyan 2017-ci ilin avqustun 14-də Suriyanın ər Rəkka bölgəsində məhv edilib.
Fələstin Azadlıq Təşkilatının tərkibində terror fəaliyyətinə başlayan Ozanyan daha sonralar Birinci Qarabağ müharibəsində erməni terrorçuların “Səlibçilər” dəstəsinin tərkibində Azərbaycana qarşı da döyüşüb. 2014-cü ildən etibarən isə o, kürdlərin terror qruplaşmalarının heyətində Suriyanın şimalında fəaliyyət göstərib. “Nubar Ozanyan Alayı”nın mərkəzi qərargahı Suriyanın əl Həsaka bölgəsindəki Tel Tamar şəhərindədir.
#İsrail teqi istifadə olunub
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
- İsraildə seçkilərdə Netanyahu öndədir, amma koalisiyanın gələcəyi qeyri-müəyyəndir
