Pleyeri seçin:

Fransa döyüş meydanına çevrildi

24 mart 2023 360 baxış

Fransada pensiya islahatı ilə bağlı etiraz aksiyaları səngimək bilmir.

Belə ki, Nant şəhərində polislə nümayişçilər arasında toqquşma olub, tramvay xətləri boyunca şəhərə od vurulub. Ölkə daxilində 250-dən çox yerdə etiraz aksiyası təşkil edilib. Nümayişçilər tərəfindən daş, şüşə, “Molotov kokteyli” atıldığı və 150 polisin xəsarət aldığı bildirilib.

DİN-in məlumatına görə, aksiyalarda 1 milyon, həmkarlar təşkilatlarının hesablamalarına görə isə 3,5 milyon nəfər iştirak edib. Etirazlara yanğınsöndürənlər və xilasedicilər də qoşulublar. Nümayişçilər avtomobilləri, velosipedləri, zibillikləri və digər yerləri yandırırlar. Qurbanların sayı barədə hələlik məlumat yoxdur. Onlarla nümayişçinin həbs olunduğu bildirilib.

Ölkə sakinləri baş verənləri sosial şəbəkələrdə paylaşaraq Fransanın müharibə zonasına çevrildiyini qeyd ediblər.

Etirazçılar qatar stansiyalarını, Parisdəki Şarl de Qoll Hava Limanını, Neft Emalı Zavodlarını və limanları mühasirəyə alaraq tətillər keçiriblər. Geniş ərazini əhatə edən aksiya nəticəsində regional qatarlar, Paris metrosu və digər böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri sıradan çıxıb. Paris Orli Hava Limanında uçuşların təxminən 30%-i ləğv edilib. Həmçinin Eyfel qülləsi və Versal sarayı tətillər səbəbindən bağlanıb.

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Dünya
10 avqust 2026 360 baxış
Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Dünya
10 avqust 2026 360 baxış
Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Dünya
10 avqust 2026 360 baxış
ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

Dünya
10 avqust 2026 360 baxış
İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

Dünya
10 avqust 2026 360 baxış
Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 360 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 360 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 360 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 360 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 360 baxış
Seçilmişlər
icon