Fransada etirazçılarla polis arasında qarşıdurma
Fransanın paytaxtı Parisdə etirazlar davam edir. Vauban meydanında polis pensiya islahatlarının ləğvini tələb edən nümayişçilərə qarşı gözyaşardan qazdan istifadə edib.
Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb. Bu xəbərin yayılmasından sonra vəziyyət gərginləşib, etirazçılar polisləri təhqir etməyə, daş və butulka atmağa, zibil qutularını yandırmağa başlayıblar.
Qeyd edək ki, Fransada sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi imtiyazların ləğvini nəzərdə tutan islahat yanvarda təqdim olunub. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.