Pleyeri seçin:

Fransada kritik vəziyyət | Gəlirləri artırmaq üçün görün hansı qərar verildi

11 oktyabr 2024 384 baxış

“Dövlət borclarına xidmətlə bağlı maliyyədə kritik vəziyyət yaranır”.

Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Antuan Armand “X” hesabında yazıb.

2025-ci ilin büdcə layihəsini təqdim edən nazir qeyd edib ki, Fransa büdcəsinin xərc hissəsi 40 milyard avro azaldılacaq, gəlir hissəsi isə 20 milyard avro artırılacaq. Gəlirləri artırmaq üçün Fransa hakimiyyəti xüsusilə 400 ən böyük şirkətin vergisini artırmaq niyyətindədir.

Öz növbəsində ölkənin büdcə naziri Loran Sen-Marten qeyd edib ki, hakimiyyət koronavirus pandemiyası zamanı tətbiq edilən sosial müdafiə tədbirlərini mərhələli şəkildə ləğv etməyi planlaşdırır.

Hökumətin planlarına görə, 2025-ci il büdcənin ümumi gəlirləri 536 milyard, xərcləri isə 684 milyard avro təşkil edə bilər. Beləliklə, kəsir 148 milyard avroya çata bilər.

Qeyd edək ki, sentyabrın sonuna qədər Fransanın dövlət borcu 3,2 trilyon avrodan artıq görünməmiş səviyyəyə çatmışdı.

Donald Trampa dəstək 33 faizə düşdü

Donald Trampa dəstək 33 faizə düşdü

Dünya
06 sentyabr 2026 384 baxış
ABŞ boğazda gizli əməliyyat keçirib?

ABŞ boğazda gizli əməliyyat keçirib?

Dünya
06 sentyabr 2026 384 baxış
Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 384 baxış
Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 384 baxış
Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Dünya
06 sentyabr 2026 384 baxış
Ötən sutkada 245 döyüş toqquşması baş verib

Ötən sutkada 245 döyüş toqquşması baş verib

Dünya
06 sentyabr 2026 384 baxış
ABŞ Prezidentindən açıqlama

ABŞ Prezidentindən açıqlama

Dünya
06 sentyabr 2026 384 baxış
Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Dünya
06 sentyabr 2026 384 baxış
ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 384 baxış
Ağ Evdəki yeni tikili Vaşinqtonda müzakirələri yenidən alovlandırdı - Baku TV CANLI

Ağ Evdəki yeni tikili Vaşinqtonda müzakirələri yenidən alovlandırdı - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 384 baxış
Seçilmişlər
icon