Pleyeri seçin:
Fransada kütləvi aksiya gözlənilir
Yüzminlərlə Fransa vətəndaşı iyunun 6-da etiraz aksiyası keçirməyi planlaşdırır.
“Figaro” nəşrinin məlumatına görə, ölkədə pensiya islahatının qəbul edilməsinə qarşı keçiriləcək kütləvi etirazlarda 600 mindən çox insanın iştirak edəcəyi gözlənilir. Ümumilikdə 250-yə yaxın nöqtədə aksiya keçirilməsi nəzərdə tutulub. Bu, yanvardan bu günə qədər Fransada təşkil olunacaq sayca 14-cü mitinq olacaq.
Hüquq-mühafizə orqanları da ölkə üzrə təxminən 400-600 min insanın küçələrə çıxacağını proqnozlaşdırırlar. Təkcə paytaxt Parisdə 70 minə qədər insanın iştirak edəcəyi gözlənilir. Polis əhaliyə radikalların mümkün təxribatları barədə xəbərdarlıq edib.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI
- Meşə yanğınları vəhşi təbiətə böyük ziyan vurdu
- Fransa İspaniya ilə sərhədini gücləndirir
- Fransada ümumilikdə 116 min hektar ərazi yanıb
- Martin Rayan işində gərginlik | Fransanın bəyanatı Bakıda sərt etirazla qarşılandı - Baku TV
