Fransada terror təhlükəsi
Fransada qalmaqallı pensiya islahatının əleyhdarlarının etiraz aksiyaları davam edir.
Yüzlərlə insan Prezident Emmanuel Makronun səfər etdiyi “Loar-et-Cher” departamentinin Vandom şəhərində qatar relslərinə çıxıblar.
Sosial şəbəkədə yayılan görüntülərdə bir çox nümayişçinin birlik bayraqları ilə qatar relslərinin üzərində etiraz aksiyası keçirdiyi əks olunub. “Loar-Et-Cher” departamentinin rəhbərliyi ölkədə terror təhlükəsinin davam etdiyini və E.Makronun hədəf ola biləcəyini əsas gətirərək Fransa Prezidentinin səfər etdiyi ərazidə bundan sonra nümayişlərin keçirilməsini qadağan edib.
Qeyd edək ki, Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər həftələrdir səngimir. Təqaüd yaşının artırılması planlarına qarşı çıxan 1,1 milyon insanın paytaxt Paris və Fransanın digər şəhərlərində keçirdiyi aksiyalara baxmayaraq, E.Makron geri addım atmaq niyyətində olmadığını bildirib.
#Fransa teqi istifadə olunub
- Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI
- Meşə yanğınları vəhşi təbiətə böyük ziyan vurdu
- Fransa İspaniya ilə sərhədini gücləndirir
- Fransada ümumilikdə 116 min hektar ərazi yanıb
- Martin Rayan işində gərginlik | Fransanın bəyanatı Bakıda sərt etirazla qarşılandı - Baku TV
