Fransızlar ayağa qalxdı, həyat dayandı
Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinə qarşı kütləvi tətillər və etirazlar keçirilir.
Küçələrə axışan bir milyondan çox fransalı ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Bildirilib ki, aksiya içtirakçıları 2030-cu ilə qədər pensiya yaşının qaldırılmasını nəzərdə tutan qanun layihəsinin geri götürülməsini tələb edirlər.
Məlumata görə, ölkədə bütün neftayırma zavodlarından benzin tədarükü tamamilə dayandırılıb, ictimai nəqliyyat iflic olub, məktəblərin əksəriyyəti isə bağlanıb.
"Bu gün mübarizəmiz davam edəcək. Düşünürəm ki, bir neçə saatdan sonra ölkədəki gərginlik pik həddə çatacaq, çünki etirazçıların sayı durmadan artır. Ümid edirik ki, sabah ədalətli qərar qəbul olunacaq”, - deyə “Yenilməz Fransa” partiyasının keçmiş deputatı Jan-Lük Melanşon ölkəni bürüyən etirazlara münasibət bildirərkən qeyd edib.