Gəlirlərdəki ləngimə fonunda şirkət rəqabətli bazarda yeni qərarlar qəbul etməli olur
Rəqəmsal əyləncə bazarında rəqabətin güclənməsi "Netflix"in gələcək inkişafı ilə bağlı suallar yaradır.
Şirkət istifadəçilərin marağının zəifləməsi və abunəçi itkiləri fonunda böyümə tempini qorumağa çalışır. "Netflix"in həmsədri Ted Sarandos platformanın arzuladığı sürətlə inkişaf etmədiyini etiraf edib. O, canlı yayımların şirkət üçün yeni imkanlar yarada biləcəyini bildirib.
Bununla yanaşı, daha ucuz və fərdi yaradıcıların hazırladığı videolar ənənəvi yayım xidmətləri ilə rəqabəti gücləndirir.
Hesablamalara görə, "YouTube"un ABŞ-də izlənmə müddəti "Netflix"dən təxminən iki dəfə çoxdur.
Proqnozlara əsasən, "Netflix"in üçüncü rübdə satışları 11,8 faiz artaraq 12 milyard 870 milyon dollara çata bilər. Lakin bu göstərici son üç ilin ən zəif gəlir artımı kimi qiymətləndirilir.
Şirkət xərcləri azaltmaq məqsədilə işçi heyətinin təxminən 6 faizini ixtisar edib. "Netflix"də məzmun siyasətinə rəhbərlik də dəyişib və bu vəzifəyə Piter Rays təyin olunub.
Məlumatlara görə, ABŞ-də üçüncü rübdə abunəçilərin xidmətdən imtina səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artıb. ABŞ və Kanadada tətbiqin yüklənmə sayının 20 faiz azalması isə "Netflix"in qarşıdakı dövrdə ciddi rəqabət və inkişaf sınaqları ilə üzləşdiyini göstərir.
#Netflix teqi istifadə olunub
- Çirkli pullar, sanksiyalar və "Netflix" filmi | Rza Zərrabın hekayəsi
- Ölümcül oyun necə bitəcək? - “Squid game” ilə bağlı yeni məlumatlar
- Mayk Tayson son döyüşdən sonra razılıq verdi | Haqqında nələr yayımlanacaq?
- Yadplanetlilər iki uşaq anasına hücum etdi? - Məşhur şirkət məhkəməyə verildi
- "Netflix"in anti-Azərbaycan filmi: Cəmil Həsənlini dəvət etdilər ki…
