Pleyeri seçin:

Genişmiqyaslı müharibənin qarşısını alan məqamlar | Dünya diqqətindəki savaşla bağlı sensasiya

16 iyun 2025 277 baxış

İrana qonşu olan ölkələr İsrailin son hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir və bu qarşıdurmaya cəlb olunmaq istəmirlər.

Bu barədə “Bloomberg” agentliyi yüksək vəzifəli rəsmilərə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, regiondakı neft və infrastruktur obyektləri İranın mümkün hücumları üçün hədəfə çevrilə bilər. Lakin Tehran son iki ildə qonşularla münasibətləri bərpa etmək üçün göstərdiyi səyləri nəzərə alaraq bu əlaqələri pozmaq istəmir.

Eyni zamanda bəzi region ölkələrinin özəl görüşlərdə İranın nüvə proqramını zəiflətməyə yönəlmiş səyləri alqışladıqları da qeyd olunub.

Mənbələrdən biri bildirib ki, İranın cavab zərbələrinin İsraildən başqa ölkələri əhatə edəcəyi ehtimalı azdır.

O həmçinin xatırladıb ki, İsrailin və ABŞ-nin keçmişdə İrana qarşı həyata keçirdiyi hücumlar, o cümlədən 2020-ci ildə iranlı generalın qətli kimi hadisələrə Tehran ehtiyatla və ölçülüb-biçilmiş şəkildə cavab verib. Bu da genişmiqyaslı müharibənin qarşısını alıb.

“Bloomberg”in digər mənbəsi isə bildirib ki, İsrailin mümkün zərbələri yalnız İranı deyil, regionun digər ölkələrini də fəlakətli nəticələrlə üz-üzə qoya bilər. Xüsusilə nüvə obyektlərinə endirilən zərbələr nəticəsində radioaktiv sızıntı riski qeyd olunur.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran Ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölən və yaralananlar var.

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

Dünya
10 may 2026 277 baxış
Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Dünya
10 may 2026 277 baxış
İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

Dünya
10 may 2026 277 baxış
Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Dünya
10 may 2026 277 baxış
Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Dünya
10 may 2026 277 baxış
ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

Dünya
10 may 2026 277 baxış
Bu su hövzəsinin rəngi niyə belədir?

Bu su hövzəsinin rəngi niyə belədir?

Dünya
10 may 2026 277 baxış
Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Dünya
10 may 2026 277 baxış
İspaniyadakı gül festivalından görüntülər

İspaniyadakı gül festivalından görüntülər

Dünya
10 may 2026 277 baxış
İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

Dünya
10 may 2026 277 baxış
Seçilmişlər
icon