Pleyeri seçin:

Gizlənməyə yerimiz də yoxdur | Güneyli fəal İranın hücumunu şərh etdi

19 aprel 2024 652 baxış

“Daxildə insanlar İranın İsraillə münaqişəsini “raket şousu” olaraq dəyərləndirir. Əhali bunu belə görür. İranda yaşayan xalqlar hesab edir ki, İsrail İranın düşməni deyil. Hətta düşünürük ki, rejim üçün də İsrail düşmən deyil, sadəcə bir oyundur, siyasət yürüdürlər”.

Bu sözləri Güneydən olan milli fəal Sürgün Günəş İran-İsrail münaqişəsinə xalqın münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hökumət hazırkı durumdan öz xeyrinə faydalanır:

“Əslində iqtisadi böhran içində boğulan İran rejiminə bu cür kiçik savaşlar sərf edir. Problemi xalqın gözündə belə üsulla çözdüyünü düşünür. İsrail tərəfdən hər hansı bir raket atılsa, rejimin ömrünü uzadacaq. Biz düşünürük ki, İsrailə raket hücumu Eyn əl-Əsəddə ABŞ hərbi bazasını vuranda baş verən hadisənin bənzəri idi. Yəni öncədən planlaşdırılmış bir məsələ idi. Tehran rejimi İsraili öncədən xəbardar etmişdi”.

Sürgün Günəşin sözlərinə görə, İran və İsrail arasında ciddi müharibə riskinin olması real deyil:

“Xalq bunu anlayır, lakin onları başqa məsələlər də narahat edir. Belə bir xəbərlər gəzir ki, İsrail də yaxın günlərdə İrana cavab zərbəsi endirəcək. Hakimiyyət bundan narahat görünmür. Rejim İsraildən fərqli olaraq bizə bildirişlər, xəbərdarlıqlar, təhlükəsizliklə bağlı təlimatlar göndərməyib. Necə olur ki, İsrail öz vətəndaşlarına hücümdan bir neçə gün əvvəl tədbirli olmağı, özləri ilə ərzaq, su, bu kimi zəruri şeyləri öncədən götürməyi tövsiyə etmişdi. İranda elə şey yoxdur. Bunlar heç hökumətin fikrindən də keçmir.

Əgər İsrail hücum etsə də, əminik ki, hakimiyyət ciddi bir addım atmayacaq. Bir-iki neft və neft-kimya mərkəzlərini vurub milləti ağır duruma salacaq. İsrail Xameneinin, yaxud SEPAH-ın yüksək rütbəli zabitlərinin, rejimə yaxın adamların evini vurmayacaq. Hədəfdə sadə, yazıq millət olacaq”.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 652 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 652 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 652 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 652 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 652 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 652 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 652 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 652 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 652 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 652 baxış
Seçilmişlər
icon