Pleyeri seçin:

Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV

16 iyun 2026 185 baxış

ABŞ administrasiyası Omanın İranla aparılan danışıqlardakı vasitəçilik fəaliyyətindən ciddi narazı qaldığını və bu səbəbdən Məsqətin xidmətlərindən imtina etdiyini bəyan edib.

“Tass” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun elektron şəkildə imzalanmasını şərh edərkən bildirib.

Amerikalı rəsminin sözlərinə görə, Vaşinqton Oman tərəfinin vasitəçilik prosesindəki fəaliyyətini qənaətbəxş hesab etməyib.

“Biz omanlıların işindən çox narazı idik. Hesab edirdik ki, onlar proses zamanı olduqca ikili mövqe sərgiləyir, demək olar ki, iranlıların maraqları naminə hərəkət edirlər. Buna görə də onları bu prosesdən kənarlaşdırdıq”, – deyə ABŞ nümayəndəsi jurnalistlər üçün keçirilən telefon brifinqində bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər.

Məlumata görə, sənədin imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər İranın nüvə proqramı da daxil olmaqla, bir sıra məsələləri müzakirə edəcəklər. Razılaşma çərçivəsində ABŞ tərəfindən İrana qarşı dəniz blokadasının dayandırılması və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.

Bağdad ABŞ və Səudiyyə addımlarından sonra təhlükəsizlik iclası keçirdi - Baku TV CANLI

Bağdad ABŞ və Səudiyyə addımlarından sonra təhlükəsizlik iclası keçirdi - Baku TV CANLI

Dünya
31 iyul 2026 185 baxış
Baş nazir Pedro Sançes ölkədə baş verənləri şərh etdi

Baş nazir Pedro Sançes ölkədə baş verənləri şərh etdi

Dünya
31 iyul 2026 185 baxış
Avropa Mərakeşlə əməkdaşlığı gücləndirir  | Miqrasiya axını azaldılacaq - Baku TV CANLI

Avropa Mərakeşlə əməkdaşlığı gücləndirir | Miqrasiya axını azaldılacaq - Baku TV CANLI

Dünya
31 iyul 2026 185 baxış
Tramp razılaşma əldə olunduğunu bəyan etdi

Tramp razılaşma əldə olunduğunu bəyan etdi

Dünya
31 iyul 2026 185 baxış
Fransada ümumilikdə 116 min hektar ərazi yanıb

Fransada ümumilikdə 116 min hektar ərazi yanıb

Dünya
31 iyul 2026 185 baxış
Serbiya isti hava dalğası fonunda problemlərlə mübarizə aparır

Serbiya isti hava dalğası fonunda problemlərlə mübarizə aparır

Dünya
31 iyul 2026 185 baxış
Qəbul mərkəzləri dolub, Baş nazirin istefası tələb olunur

Qəbul mərkəzləri dolub, Baş nazirin istefası tələb olunur

Dünya
31 iyul 2026 185 baxış
ABŞ-nin ən böyük şirkətləri Ağ Ev üçün ianə verib

ABŞ-nin ən böyük şirkətləri Ağ Ev üçün ianə verib

Dünya
31 iyul 2026 185 baxış
Ermənistanlı ixracatçılar Avropa bazarına çıxışda gözlənilməz çətinliklərlə üzləşdi - Baku TV CANLI

Ermənistanlı ixracatçılar Avropa bazarına çıxışda gözlənilməz çətinliklərlə üzləşdi - Baku TV CANLI

Dünya
31 iyul 2026 185 baxış
Ara qarışdı: ABŞ və İsrail İrana qarşı sensasiyalı plan qurur - Baku TV CANLI

Ara qarışdı: ABŞ və İsrail İrana qarşı sensasiyalı plan qurur - Baku TV CANLI

Dünya
31 iyul 2026 185 baxış
Seçilmişlər
icon