Dünya
Pleyeri seçin:

Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə | Kolumbiya - Oralarda necədir?

25 aprel 2024

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə ucsuz-bucaqsız tropik meşələri, qəhvə plantasiyaları və florasının rəngarəngliyinə görə dünyada tayı-bərabəri olmayan ölkədən – Kolumbiyadan bəhs olunub.

Bura Xristofor Kolumbun şərəfinə belə adlandırılıb. Paytaxtı Boqota şəhəridir və on milyon əhalisi var.

Burada insanların həyat tərzini yaşadığı məhəlləyə görə ayırd etmək olar. Kasıblar şəhərin birinci, varlılar isə altıncı rayonunda yaşayırlar. Kolumbiya inanclı ölkədir.

Burada katolik məktəblər hələ də fəaliyyət göstərir və abort qadağandır. Kilsə bunun tam əleyhinədir və din adamları deyirlər ki, əgər qadın dünyaya gətirdiyi uşağa baxmaq istəmirsə, onu arzulayan digər ailəyə övladlığa verə bilər.

Kolumbiyanın ən böyük problemlərindən biri yeniyetmə qızların hamilə qalmasıdır. Belə halların baş verməməsi üçün məktəblərdə 30 ildir ki, xüsusi dərslər keçirilir. Bəzən belə yeniyetmələri evdən qovurlar. İşsiz, müdafiəsiz və tənha qızlar küçədə yaşamağa məcbur qalırlar.

Boqotanı təhlükəsiz şəhərlərə aid etmək olmaz. Baxmayaraq ki, bu məsələ hökumətin diqqətindədir. İllər öncə Pablo Eskobarın bu ölkədə törətdiyi partlayışlar, cinayətlər hələ də şəhər sakinlərinin xatirindədir. İndi də ölkədə minimum bir adam itkin düşür.

Hal-hazırda Kolumbiyada 50 minə yaxın insan itkin hesab olunur. Bir çoxları kriminal qruplara daxil olduqlarından gözdən itib, digərləri isə iş axtarışına çıxaraq bütün əlaqələri kəsib, bəziləri isə həyatla vidalaşıb. 

Braziliyada sel fəlakətində ölənlərin sayı məlum oldu

Braziliyada sel fəlakətində ölənlərin sayı məlum oldu

Dünya
05 may 2024
Rusiya Baltikyanı ölkələrlə münasibətləri niyə dayandırıb?

Rusiya Baltikyanı ölkələrlə münasibətləri niyə dayandırıb?

Dünya
05 may 2024
ABŞ-də süni intellektlə işləyən hərbi döyüş təyyarəsi test edildi

ABŞ-də süni intellektlə işləyən hərbi döyüş təyyarəsi test edildi

Dünya
05 may 2024
Gürcüstanda etirazlar dayanmır | Minlərlə insan küçəyə axışdı

Gürcüstanda etirazlar dayanmır | Minlərlə insan küçəyə axışdı

Dünya
05 may 2024
Ukraynaya ayrılan pullar harada saxlanılır? | Blinkendən açıqlama

Ukraynaya ayrılan pullar harada saxlanılır? | Blinkendən açıqlama

Dünya
04 may 2024
Ukraynada kəskin bahalaşma davam edir | İki ildir qarderobumu yeniləmirəm...

Ukraynada kəskin bahalaşma davam edir | İki ildir qarderobumu yeniləmirəm...

Dünya
04 may 2024
Zelenski və Poroşenko nədə ittiham olunur? | Rusiya DİN-dən məlumat

Zelenski və Poroşenko nədə ittiham olunur? | Rusiya DİN-dən məlumat

Dünya
04 may 2024
Putin “Crocus”dakı hücumda qəhrəmanlıq edən 3 nəfəri belə mükafatlandırdı

Putin “Crocus”dakı hücumda qəhrəmanlıq edən 3 nəfəri belə mükafatlandırdı

Dünya
04 may 2024
CHP lideri ilə Ərdoğanın təkbətək görüşündə nələr baş verdi?

CHP lideri ilə Ərdoğanın təkbətək görüşündə nələr baş verdi?

Dünya
04 may 2024
Təbii fəlakət Braziliyanı alt-üst etdi | Dəhşətə gətirən görüntülər

Təbii fəlakət Braziliyanı alt-üst etdi | Dəhşətə gətirən görüntülər

Dünya
04 may 2024
Seçilmişlər
icon