Gündəmə düşən hadisə | Ruslar niyə uşaqları silahlandırıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada uşaq macəraları da hərbiləşdirilib.
Belə ki, Rostovda məktəblilərin yay istirahət düşərgəsində hərbi təlim keçirilib. 8-17 yaş arası uşaq və yeniyetmələr hərbi hazırlıq zamanı çay kənarında kamuflyaj olunmuş formada yerlə sürünmək kimi müxtəlif tapşırıqları reallaşdırıblar.
Hərbi hazırlığa 83 məktəbli qatılıb. Təlim iştirakçılarının bəzilərində oyuncaq maketlər olsa da, bir qisminə əsl silahlar verilib. Hərbi təlim Ukraynada döyüşmüş əsgərlər tərəfindən keçirilib. Məqsəd uşaqları da gələcəkdə orduya yararlı etməkdir.
8 yaşlı İvan Qluşenko təlim ən bəyəndiyi hissəsini belə təsvir edi: “Qumbara atıb, atəş açırdıq”.
Anton adlı oğlan isə təlimə qatılmasının səbəbini öz gələcəyini orduya bağlamaq istəyi ilə əlaqələndirib.
Qeyd edək ki, Rusiyanın bəzi məktəb və kolleclərində dronlarla bağlı təlimlər də keçirilir və bunun tədris proqramına salınnması gözlənilir. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya 2030-cu ilə qədər 30 min PUA mütəxəssisi yetişdirməyi planlaşdırır.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
