Pleyeri seçin:

Gürcüstan parlamentində qərar qəbul edildi | Neçə nəfər səs verdi?

01 aprel 2025 511 baxış

Gürcüstan parlamenti “Xarici agentlərin qeydiyyatı barədə Akt” haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Qərar Gürcüstan parlamentinin aprelin 1-də keçirilən plenar iclasında qəbul edilib. 86 deputat qanun layihəsinin lehinə səs verib, əleyhinə çıxış edən isə olmayıb.

Qeyd edək ki, sözügedən qanun ABŞ-də qüvvədə olan “Foreign Agents Registration Act” adlı qanunun analoqu hesab edilir.

Sənədin müəlliflərindən biri, parlamentin Hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze bildirib ki, “Xarici agentlər haqqında” yeni qanun daha əvvəl qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanundan fərqli olaraq Gürcüstan Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata düşməkdən yayınan və xaricdən maliyyə yardımı alan hüquqi, fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

Onu da xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun 2024-cü il avqustun 1-də qüvvəyə minib. Qanun xaricdən maliyyələşən QHT və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.

Layihənin parlamentdə müzakirəyə çıxarılması, daha sonra isə qəbulu ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. 

Banner
Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 511 baxış
Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Dünya
23 oktyabr 2026 511 baxış
Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Dünya
23 oktyabr 2026 511 baxış
Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Dünya
23 oktyabr 2026 511 baxış
Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dünya
23 oktyabr 2026 511 baxış
Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Dünya
23 oktyabr 2026 511 baxış
Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq

Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq

Dünya
23 oktyabr 2026 511 baxış
Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Dünya
23 oktyabr 2026 511 baxış
Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Dünya
23 oktyabr 2026 511 baxış
Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Dünya
23 oktyabr 2026 511 baxış
Seçilmişlər
icon