Gürcüstan Prezidenti təyyarəyə buraxılmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” ölkə Prezidenti Salome Zurabişvilini öz təyyarəsinə buraxmaqdan imtina edib.
Bu barədə şirkətin təsisçisi Tamaz Qayaşvilinin mayın 21-də yayılan bəyanatında deyilir.
Bu, ölkə başçısının şirkəti boykot etməsi və onun xidmətlərindən imtinasından sonra baş verib. “Biz onun persona non qrata olduğunu elan edirik”, – deyə T.Qayaşvili bildirib. O, Gürcüstan xalqından üzr istəməyincə ölkə Prezidentini təyyarələrinə buraxmayacağına söz verib.
Mayın 20-də “Georgian Airways” son dörd ildə ilk dəfə Moskvaya birbaşa uçuş həyata keçirib. Təyyarə Moskvanın Vnukovo Hava Limanına enib. Gürcüstan Prezidenti bununla bağlı təcili brifinq keçirib və aviaşirkətin xidmətlərindən istifadə etməyəcəyini bəyan edib. S.Zurabişvili başqalarını ondan nümunə götürməyə çağırıb.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
