Dünya
Pleyeri seçin:
Gürcüstan qalib gəldi | Saakaşvili ilə bağlı nə qərar verildi?
Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi üzrə qalib gəlib.
Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook” hesabında məlumat paylaşıb.
O, əlavə məlumatın tezliklə ictimaiyyətə açıqlanacağını qeyd edib.
“Strasburq məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi dövlətimizin tam qələbəsi ilə başa çatıb! Təfərrüatlar barədə tezliklə ictimaiyyətə məlumat verəcəyik”, – deyə R.Breqadze bildirib.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 2023-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Siyasətçi iddia edir ki, Gürcüstan məhkəmələrinin onun işi üzrə qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları üzrə Konvensiyaya ziddir.
Kopyalandı
Seçilmişlər