Gürcüstan yolu ilə Ermənistana aparılan silahlarla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir”.
Bu sözləri Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Gürcüstanın İctimai Televiziyasının efirində Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın daşınmasına münasibət bildirərkən deyib.
Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var:
“Biz bunu Prezident Əliyevin, Baş nazir Paşinyanın və həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfəri zamanı da dəfələrlə eşitmişik. Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır. Bu, bərabər şərtlər əsasındadır. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”.
Qeyd edək ki, bazar günü Fransadan göndərilən “Bastion” zirehli transportyorları Poti limanında qəbul edilib və Gürcüstan ərazisi ilə Ermənistana çatdırılıb. Çatdırılan hərbi texnikanın ən azı 21 ədəd olduğu bildirilir.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
