Gürcüstanda gərginlik durmadan artır | Boçorişvilidən Zurabişviliyə sərt sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır”.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında deyib.
Nazir prezidentin tələbinin legitim olmadığını qeyd edib:
“Onun istəyinin heç bir legitimliyi ola bilməz. Şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur. Zurabişvilinin Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə onun üçün konstitusiyanın, qanunun, ümumiyyətlə hər hansı qaydanın əhəmiyyəti yoxdur ”.
Qeyd edək ki, Salome Zurabişvili dekabrın 22-də Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib. O, bəzi mövzularda kompromisə getməyə hazır olduğunu, lakin hər şeyin onların istədiyi kimi olmasına icazə verməyəcəyini dilə gətirdi.
Prezident həmçinin öz çıxışında hökumətə yeni parlament seçkilərinin keçirilməsi üçün nə az nə çox düz 7 gün vaxt da qoydu.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
