Gürcüstanda vəziyyət yenidən qarışdı | Tanınmış yazıçı saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb.
Bu barədə yerli media məlumat yayıb. Xəbərə görə, toqquşmaya səbəb şəhər sakini Marina Xatiaşvilinin krediti ödəmədiyi üçün ailəsi ilə birlikdə zorla evdən çıxarılması olub.
Sözügedən hadisədən narazı olan sakinlər onun evinin yaxınlığında toplaşaraq yaşayış binasının girişində barrikadalar qurublar. Məlumata görə, onların arasında siyasətçilər də olub.
Əraziyə əlavə hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsi isə qarşıdurmaya səbəb olub. Polis artıq bir neçə nəfəri saxlayıb. Onların arasında ölkənin tanınmış yazıçısı və fəalı İrakli Kakabadze də var.
Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı hələ ki heç bir açıqlama verməyib.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
