Pleyeri seçin:
Hava ilə bağlı ölənlərin sayı yeddi mini keçdi
Fransada iyulun 3-dən 22-dək davam edən ikinci istilik dalğası 1 243 əlavə ölüm halı ilə əlaqəli ola bilər.
İlkin məlumatları "Public Health France" təşkilatı açıqlayıb.
Mütəxəssislər vurğulayırlar ki, bu rəqəm bütün ölümlərin birbaşa isti hava səbəbindən baş verdiyi anlamına gəlmir. Söhbət həmin dövrdə ümumi ölüm hallarının gözlənilən göstəricidən artıq olmasından gedir.
Yayın əvvəlindən etibarən yüksək temperaturun təxminən 7 300 əlavə ölümlə əlaqəli ola biləcəyi ehtimal edilir. Ən çox ölüm birinci böyük istilik dalğası zamanı – iyunun 17-dən 30-dək qeydə alınıb. Həmin dövrdə göstərici 5 764 hal təşkil edib.
Daha əvvəl mayın 24-dən 28-nə qədər baş verən ilk istilik dalğasının isə təxminən 300 əlavə ölümlə əlaqəli olduğu bildirilir.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq
- Fransada saxlanılanların sayı 3 minə çatmaq üzrədir
