Pleyeri seçin:

Hava limanında itən qovluq müzakirələrə səbəb oldu | Yoxa çıxan dosyedə nə yazılıb?

25 avqust 2025 542 baxış

İsveç Baş naziri Ulf Kristerssonun Türkiyə ilə NATO danışıqlarından sonra Stokholm hava limanının ayaqyolunda unudulan rəsmi sənədlər ölkədə müzakirələrə səbəb olub.

Təmizlik işçisi tərəfindən tapılan dosyedə diplomatik qeydlərin olduğu iddiası ölkədə gündəm mövzusuna çevrilib.

İsveçin NATO-ya üzvlük prosesi ilə əlaqədar məhdud tərkibdə keçirilən görüşlərin təfərrüatları indiyədək açıqlanmayıb. Amma U.Kristerssonun 2022-ci ilin noyabrında Türkiyəyə səfərindən sonra yoxa çıxan dosyenin bu görüşlərə aid olduğu iddia edilib.

Baş nazirin mətbuat xidməti dosyenin bir hava limanında unudulduğunu təsdiqləyib. Açıqlamada sənədlərin məxfilik dərəcəsinə aid edilmədiyi və heç bir təhlükəsizlik araşdırmasına ehtiyac olmadığı bildirilib.

“Dagens Nyheter” qəzeti isə yazıb ki, qovluqda xarici əlaqələr üzrə məxfi sayıla biləcək qeydlər var. Dosyedə danışıqların qeydləri və diplomatik sənədlərin olduğu, amma həssas kəşfiyyat məlumatlarının olmadığı bildirilib.

Dosyenin hava limanında unudulması ilə İsveçin təhlükəsizlik prosedurları yenidən sorğulanıb və dövlət işçilərinin səfərdən sonra taksi əvəzinə ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalması da mübahisələrə səbəb olub.

Qalmaqal Baş nazir U.Kristersson tərəfindən təyin edilmiş milli təhlükəsizlik müşaviri Henrik Landerholm tərəfindən törədilən təhlükəsizlik pozuntuları ilə daha da artıb. H.Landerholmun vəzifədə olduğu ilk altı ayda üç dəfə məxfi sənədlərə etinasızlıq göstərdiyi və daha sonra bu səbəbdən məhkəməyə aparıldığı üzə çıxıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 542 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 542 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 542 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 542 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 542 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 542 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 542 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 542 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 542 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 542 baxış
Seçilmişlər
icon