Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın bu yaxınlarda atəşə tutulması və NATO-nun üzv ölkələrinin hava məkanının pozulması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın Ukraynanı bu yaxınlarda atəşə tutması, nəticədə dinc sakinlərin həlak olması və xəsarət alması, həmçinin mülki infrastrukturun hədəf alınması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırılıb", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 1-nə keçən gecə Kiyevə endirilən zərbələr nəticəsində Litva səfirliyinin binasına ziyan dəyib, iyulun 24-də isə Slavyanskda Litvanın fəxri konsulluğunun binası dağıdılıb.
İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya zərbələrini, eləcə də Rusiya tərəfindən NATO üzrə müttəfiqlərin hava məkanının bu yaxınlarda pozulmasını pisləyib və Moskvanı beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır
