Pleyeri seçin:
Helikopter qəzasında həlak olan XİN rəhbəri Abdullahian torpağa tapşırıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda dəfn olunub.
Bu barədə yerli media məlumat verib.
Bildirilib ki, mərhum baş diplomat paytaxtda yerləşən Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.
Dəfn mərasiminə İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni və digər rəsmilər qatılıblar.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Əl-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
Kopyalandı
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
