Hindistan bütün su bəndlərini bağladı | Müharibənin bir addımlığında
Hindistan Hind çayının Pakistana axınının qarşısını almaq üçün bütün su bəndlərini bağlayıb.
1960-cı ildə Hind çayı suları haqqında saziş imzalandıqdan sonra ilk dəfədir belə bir hadisə baş verir. Həmin sazişdə tərəflər siyasi münaqişələrə baxmayaraq, su resurslarını bölüşmək razılığına gəliblər.
Daha əvvəl Pakistan çayın axınının kəsilməsi cəhdlərini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib. Pakistan hökuməti Hindistanın Hind çayının su axınını dəyişdirməyə cəhd edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib.
Bildirilib ki, Hind Suları Müqaviləsi Dünya Bankının vasitəçiliyi ilə imzalanmış məcburi beynəlxalq razılaşmadır və onun birtərəfli şəkildə ləğvi hüquqi baxımdan mümkün deyil.
Rəsmi açıqlamada vurğulanır ki, Hind çayının suları Pakistanın 240 milyonluq əhalisi üçün həyati əhəmiyyət daşıyır və bu sudan istifadə hüququ istənilən qiymətə qorunacaq.
#Hindistan teqi istifadə olunub
