Pleyeri seçin:

İbrahim Kalının Şam səfəri gündəm oldu | Məscidə gəlişi zamanı diqqətçəkən məqamlar

16 dekabr 2024 405 baxış

Bəşər Əsədin devrilməsindən sonra İbrahim Kalının Şam səfəri gündəm olub.

Suriyada 61 illik BƏƏS rejimi müxalif qrupların 12 günlük hərbi əməliyyatlarının ardından devrilib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçdıqdan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Şama ilk rəsmi səfərini həyata keçirib.

İbrahim Kalın səfər çərçivəsində məsciddə namaz qılıb. Onun məscidə gəlişi zamanı diqqətçəkən məqam isə avtomobilin sükanı arxasında “Heyət Təhrir əş-Şam” lideri Əbu Məhəmməd əl-Colaninin olması olub. Əbu Məhəmməd əl-Colaninin kostyum geyindiyi və avtomobili şəxsən idarə etdiyi bildirilib. İ.Kalının səfəri zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Sosial mediada İ.Kalının Şam səfəri ilə bağlı başqa bir detal geniş müzakirə olunub. Jurnalist Kemal Öztürkün paylaşdığı fotoda MİT rəhbərinin 3 700 TL (təxminən 179 AZN) dəyərində, yerli istehsal olan ayaqqabı geyinməsi diqqət çəkib. İstifadəçilər ayaqqabının qiymətini məqbul hesab edərək İbrahim Kalının sadə və təvazökar tərzini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu səfər həm Türkiyə-Suriya münasibətləri, həm də Suriya müxalifətinin gələcəyi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 405 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 405 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 405 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 405 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 405 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 405 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 405 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 405 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 405 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 405 baxış
Seçilmişlər
icon