İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir
Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə təşəbbüsünü avtomatik qaydada təsdiqləyib.
Məlumata görə, qanun layihəsi 45 gün ərzində deputatlar tərəfindən müzakirə olunmadığı üçün avtomatik qaydada qəbul edilmiş hesab olunub. Bundan sonra sənəd növbəti baxılma üçün parlamentin yuxarı palatası olan Senata göndəriləcək.
Rumıniya parlamenti sərhədlərin sülh yolu ilə dəyişdirilməsi imkanının dəstəklənməsi və Rumıniya ilə Moldovanın birləşməsi barədə qərarın qəbul edilməsini nəzərdən keçirəcək. Layihə təsdiqlənərsə, Rumıniya hökuməti dərhal Kişinyovla danışıqlara başlamalı olacaq.
Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy ölkəsinin Rumıniya ilə birləşməsinin tərəfdarı olduğunu bəyan edib. O qeyd edib ki, bu məsələ ölkədə siyasi prosesin bir hissəsidir və Rumıniya vətəndaşı olduğu üçün birləşmənin əleyhinə səs verə bilməz.
Moldova ilə birləşmə ideyası Rumıniyada hələ 2024-cü ilin aprelində dəstək qazanmışdı. Rumıniyanın Baş naziri Marçel Çolaku bildirmişdi ki, Moldova Rumıniyanın dəstəyi sayəsində dayanıqlılığını qoruyub saxlayır.
#Rumıniya teqi istifadə olunub
- Rumıniya üç gündə vurulan üçüncü PUA-nın Rusiyaya aid olduğunu bildirir - Baku TV
- Tarixi səhnələr yenidən canlandırılıb
- Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - Baku TV
- Bu postsovet ölkəsi xəritədən silinir? | Moldova bu ölkə ilə birləşmək istəyir? - Baku TV
- Rusiya PUA-sının Rumıniyaya hücumuna görə NATO hərəkətə keçdi - Baku TV CANLI
