Pleyeri seçin:

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

03 noyabr 2026 5 baxış

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki "Club Diplomatic" sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini, BMT-nin məlum 4 qətnaməsinin icra olunmadığını bildirib.

Diplomat Azərbaycan xalqının heç vaxt tarixi ədalətsizliklə barışmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib.

Eyni zamanda münaqişədən sonrakı dövrdən söz açan səfir Qarabağın günü-gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin diplomat qeyd edib ki, Azərbaycanın zəfəri regiona davamlı sülh gətirib və əslində, bölgə xalqlarının ümumi qələbəsi kimi qiymətləndirilməlidir. Belə ki, qələbə sayəsində region xalqlarının daimi dinc birgəyaşayışı üçün möhkəm zəmin yaradılıb.

Tədbirdə əsas qonaq qismində iştirak edən Rumıniya Senatının sədri Mirça Abrudean 8 noyabr gününün Azərbaycan tarixində tutduğu yerə toxunub, onun Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığını bildirib. O diqqətə çatdırıb ki, Rumıniya Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki ölkə arasında dostluq münasibətləri ümumi strateji maraqlara və qarşılıqlı inama söykənir.

Sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qısa videoçarx nümayiş edilib. Tədbir iştirakçıları eləcə də Azərbaycan xalqının Zəfərinə, habelə işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə, mina probleminə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.

Banner
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 5 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 5 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 5 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 5 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 5 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 5 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 5 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 5 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 5 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 5 baxış
Seçilmişlər
icon