Pleyeri seçin:

İldırım düşməsinin qarşısını dronlar alacaq? | Yapon şirkətindən heyrətləndirici addım

10 may 2025 765 baxış

Müasir dünyada ildırım düşməsi hələ də cəmiyyətlər üçün ən dağıdıcı təbii hadisələrdən biri olaraq qalır.

İldırımın haraya və nə zaman düşəcəyini əvvəlcədən bilmək ciddi çətinlik yaratmaqda davam edir və mövcud qoruyucu üsullar hər zaman effektiv nəticə vermir. Lakin bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər.

Belə ki, Yaponiyanın telekommunikasiya şirkəti NTT bildirir ki, buludlardakı elektrik yüklənməsini boşaltmaq üçün göy üzərində idarə olunan süni ildırım yaratmaq üsulu hazırlanıb.

Məlumata əsasən, şirkət xüsusi bir dron vasitəsilə elektrik sahəsindəki dalğalanmaları izləyərək ildırımı özünə çəkməyə nail olub. Bu texnologiya dünyada ilk dəfə reallaşdırılıb. Dronun özünə ildırımın birbaşa düşməsi halında belə zədələnməməsi üçün onun üzərinə xüsusi qoruyucu qəfəs yerləşdirilib.

Şirkət bəyan edib ki, ildırım zərərlərindən azad bir cəmiyyət qurmaq məqsədilə gələcəkdə bu qəfəsli pilotsuz uçuş aparatlarının şəhərləri və strateji infrastrukturu qorumaq üçün geniş şəkildə istifadə edilə biləcəyi gözlənilir.

Qeyd edək ki, yalnız Yaponiyada ildırımın səbəb olduğu illik maddi zərərin 650 milyon ilə 1,3 milyard ABŞ dolları arasında dəyişdiyi bildirilir.

Bundan əlavə, ildırım insanların həyatına birbaşa təhlükə yaratmaqda davam edir. Əgər bu yeni texnologiya uğurlu olarsa, o zaman cəmiyyətlər hər il həm insan həyatına son qoyan, həm də iqtisadiyyata milyardlarla ziyan vuran ildırım fəlakətindən qurtulmuş olacaq.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 765 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 765 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 765 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 765 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 765 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 765 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 765 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 765 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 765 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 765 baxış
Seçilmişlər
icon