İnanılmaz dərəcədə dəhşətli... | Böyük Britaniya hücuma görə İranı qınadı
“İran rejimi İsraildəki mülki hədəflərə 200-dən çox ballistik raket atıb. Zərbəni tam qiymətləndirmək hələ tezdir. Amma mən İran rejiminin günahsız israillilərə zərər vurmaq cəhdini tamamilə pisləyirəm. Bu, inanılmaz dərəcədə təhlükəli, vəziyyəti gərginləşdirən və bölgəni uçurumun kənarına aparan hərəkətdir”.
Bu sözləri Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
“Mən regionun uçurumun astanasında olduğundan çox narahatam. Livanda vəziyyət getdikcə ağırlaşır. Hələ də Livanda olan Britaniya vətəndaşlarına öz tövsiyəmi təkrarlamaq istəyirəm. Siz indi oranı tərk etməlisiniz.
Dünya liderlərinə etdiyim bütün zənglərdə regionun uçurumun astanasında olması ilə bağlı narahatlığımı ifadə etmişəm. Buna görə də bütün gərginliyi azaltmaq üçün bir yol tapmalıyıq.
Netanyahu ilə danışığımda Qəzzada atəşkəs və ən əsası girovların qeyd-şərtsiz və dərhal azad edilməli olduğunu təkrarlaya bildim”, – o bildirib.