İqlim tənzimləyicilərindən biri sıradan çıxır? | Bəşəriyyət üçün həyəcan təbili çalındı
Yeniliklərdən dərhal xəbərdar olun
Norveçin Arktik Universitetindən olan alimlər qrupu narahatedici tendensiya aşkarlayıblar.
Qlobal istiləşmə nəticəsində Arktika fyordları havadan karbonun udulmasında səmərəliliyini itirə bilər.
Arktika fyordları ənənəvi olaraq fitoplanktonun, yəni mikroskopik su yosunlarının fəaliyyəti sayəsində güclü karbon uducuları hesab olunur. Onlar təkcə qida zəncirinin əsasını təşkil etməklə yanaşı, həm də karbon qazını özündə saxlayır. Lakin buzların əriməsi, Günəş işığına çıxışı artırsa da, uzunmüddətli perspektivdə mənfi nəticələrə gətirib çıxarır.
“İsti sular daha çoxqatlı olur, bu da fitoplanktonun qida maddələrinə çıxışını məhdudlaşdırır. Biokütlənin artmasına baxmayaraq, bu, karbon udulmasının səmərəliliyinin azalmasına səbəb ola bilər”, ‒ deyə alimlər izah ediblər.
Digər problem isə mineral baxımından zəngin ərimiş su ilə fyordları təmin edən buzlaqların azalmasıdır. Onların yox olması ilə qida maddələrinin balansı pozulur ki, bu da planktonlardan balıqlara və dəniz məməlilərinə qədər bütün ekosistemi təhlükə altına qoyur.
#Qlobal istiləşmə teqi istifadə olunub
- Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır
- Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər
- BMT Afrika qitəsi ilə bağlı həyəcan təbili çaldı
- İnsan sağlamlığı üçün təhlükəli olan istilik dalğaları güclənir
- Yer kürəsində rekord həcmdə buzlaq əriyib
