İran ABŞ-ni silkələyən raket hücumuna start verdi? - “13 mindən çox hədəf...” - Baku TV
ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasının 155-dən çox gəmisinə zərər vurub və ya məhv edib. Bu iddia ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən irəli sürülüb.
Həmçinin qeyd edilib ki, "Epik qəzəb" əməliyyatının bir hissəsi olaraq ABŞ hərbçiləri 13 mindən çox hədəfə zərbə endirib.
Bu arada, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Amerikanın desant gəmisi "USS Tripoli"yə hücum barədə xəbərini təkzib edib.
"İran İslam İnqilabı Keşikçiləri Korpusu iddia edir ki, onlar "USS Tripoli" (LHA-7) desant gəmisinə raketlərlə hücum edərək onu cənubi Hind okeanına doğru bölgədən çıxmağa məcbur ediblər. Əslində isə "USS Tripoli"yə hücum olunmayıb və Ərəb dənizində "Epik qəzəb" əməliyyatına dəstək olaraq fəaliyyətini davam etdirir", – deyə bəyanatda bildirilib.
