Dəhşət dolu gecə: İsrail bu ölkəni hədəf aldı! - Görünməmiş qisas zərbəsi - Baku TV
İsrail gecə boyunca Livanı hədəfə alıb.
“Əl-Məyadin” qəzetinin məlumatına görə, İsrail Ordusu gecə ərzində Livanın müxtəlif bölgələrinə 20-dən çox hava zərbəsi endirib. Hücumların hədəfləri arasında Beyrutun Dahiya məhəlləsi və Litani çayı üzərindəki Əl-Qəsəmiyyə körpüsü də var.
Məlumata görə, aprelin 8-dən 9-na keçən gecə hücumlar nəticəsində 254 nəfər həlak olub, 1165 nəfər yaralanıb.
“Hizbullah” isə İsrailin bu ölkəyə endirdiyi zərbələrə cavab olaraq hərəkətə keçib. Hərəkatın atəşkəsə sadiq qaldığı diqqətə çatdırılan bəyanatında Livanı və xalqını müdafiə etmək üçün, həmçinin düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq Əl-Manara qəsəbəsinin raket atəşinə tutduğu bildirilib.
“Bu cavab tədbirləri İsrail-ABŞ təcavüzü ölkəmizə və xalqımıza qarşı dayandırılana qədər davam edəcək”, – deyə bəyanatda qeyd edilib.
İranda da bir neçə şəhərdə partlayışlar baş verib. Aprelin 9-u səhər saatlarında Kərəc, Əhvaz və Şiraz da daxil olmaqla İranın bir neçə şəhərində partlayışlar qeydə alınıb.
Kərəc, Əlborz əyalətində sakinlər səhər tezdən partlayış səsi eşitdiklərini bildiriblər. Partlayışlar Mehrşəhr və Məhəmmədşəhrdə də hiss olunub. Əhvaz, Xuzistan əyalətində isə iki güclü partlayış səsi eşidilib. Şirazda da ardıcıl bir neçə partlayış baş verib.
#Hava hücumu teqi istifadə olunub
- İsrail Ordusu Livanı bombaladı | 200-dən çox adam həlak oldu - Baku TV CANLI
- Livanda hava zərbələri nəticəsində ölənlərin sayı artıb
- Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrailin hava hücumlarına məruz qalıb - Baku TV
- İran ABŞ-ni silkələyən raket hücumuna start verdi? - “13 mindən çox hədəf...” - Baku TV
- Üç hava limanı vuruldu | İranın hərbi obyektlərinə və texnikalarına hücum - Baku TV
