Pleyeri seçin:
İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri hava məkanını pozan düşmənə məxsus bir kəşfiyyat PUA-sını Şimali Fars körfəzində, Buşehr sahillərində dəqiq və effektiv atəşlə vuraraq məhv ediblər", – SEPAH-dan bildirilib.
Qeyd olunub ki, İranın hava məkanının hər hansı şəkildə pozulması qətiyyən qəbul edilməyəcək:
"Düşmənin müxtəlif kəşfiyyat və hərbi texnikalardan istifadə cəhdləri döyüşçülərin sayıqlığı, hazırlığı və qətiyyətli cavabı ilə qarşılanacaq".
Kopyalandı
#İran İslam İnqilabı Keşikçiləri Korpusu teqi istifadə olunub
- İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV CANLI
- Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb
- Tehran ABŞ ilə əməkdaşlıq edən gəmiləri sərt tədbirlərlə hədələyir
- Hörmüz boğazında gəmilərin təhlükəsizliyi yenidən sual altındadır
- Hörmüz boğazında neft tankeri ilə bağlı təhlükəli hadisə baş verib
