İran bu ölkələrə od püskürdü | Hərbi əməliyyatlarla bağlı qalmaqal yaradan məktub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını ABŞ-yə hərbi əməliyyatlarda yardım göstərməkdə ittiham edib.
Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktublarda bildirib.
O qeyd edib ki, ABŞ bu ölkələrin ərazilərindən və hava məkanından istifadə edərək İrana qarşı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması və həyata keçirilməsini davam etdirib.
Məktublarda bildirilir ki, xüsusilə Bəhreyn ərazisi ABŞ tərəfindən bu məqsədlərlə istifadə olunub.
Eyni ittihamlar Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı da səsləndirilib. İran tərəfi Birləşmiş Ərəb Əmirliklərini isə birbaşa əməliyyatlarda iştirakda ittiham edib. İddialara görə, bu ölkəyə məxsus “Miraj”, “F-16” qırıcıları və “Akıncı” pilotsuz uçuş aparatı İranın hava məkanını pozaraq Hörmüz boğazı və bəzi adalarda hədəflərə zərbələr endirib.
Tehran sözügedən ölkələri qonşuluq prinsiplərinə əməl etməyə çağırıb və ərazilərinin İrana qarşı istifadəsinə görə məsuliyyət daşıyacaqlarını bildirib.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
