İran bütün Qərbi hədələdi | İsrail-İran müharibəsi başlayır?
“İsrail Ordusu İrana qarşı həm müdafiə, həm də hücumda necə əməliyyat aparacağını bilir”. Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
O bildirib ki, İsrail Ordusunun qoşunları bütün istiqamətlərdə – cənubda, şimalda, İordan çayının qərb sahilində və daha uzaq istiqamətlərdə fəaliyyət göstərməyə hazırdır.
“Buna hazırıq, yaxşı müdafiə sistemlərimiz var və həm yaxın, həm də uzaq yerlərdə İrana qarşı necə qətiyyətli davranacağımızı bilirik”, – deyə Herzi Halevi bildirib.
O vurğulayıb ki, İsrail təhlükəsizlik sahəsində ABŞ və regiondakı strateji tərəfdaşları ilə sıx əməkdaşlıq edir:
“2023-cü il oktyabrın 7-də müharibənin əvvəlindən İran özünü bu müharibədə birbaşa iştirakdan uzaqlaşdırmağa çalışdı, lakin o, “Hizbullah”dan başlayaraq regiondakı bütün quruplaşmalara peyklərinə istinadən məlumatlar verir, istiqamətləndirir, maliyyələşdirir və ötürür”.
Onun fikrincə, İran təkcə İsraili deyil, bütün Qərb və Ərəb dünyasını təhdid edir. H.Halevi İranı həmçinin qlobal problem də adlandırıb.
#İsrail teqi istifadə olunub
- İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI
- Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI
- Tramp Yaxın Şərqdə gərginliyi azaldacaq razılaşmadan danışdı
- Qəzza üçün təklif edilən 20 maddəlik sülh planının detalları açıqlandı - Baku TV
- Tramp razılaşma əldə olunduğunu bəyan etdi
