"İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın iki ölkə arasında davam edən münaqişə fonunda Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını bildirib.
Tramp jurnalistlərə müsahibəsində İranın hazırda ABŞ ilə razılaşma əldə etmək istədiyini deyib:
"Hazırda onlar razılaşma əldə etmək istəyirlər. Əgər bu düzgün razılaşma olmayacaqsa, mən hətta ona baxmayacağam. Amma hazırda onlar razılaşma istəyirlər, çünki hər baxımdan uduzurlar".
ABŞ Prezidenti hərbi əməliyyatların davam etdirilməsi və daha əvvəl İranı məhv etmək imkanından danışması ilə bağlı suala cavabında isə "görək nə baş verəcək" deyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi isə bildirib ki, İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə hazırdır:
"Biz düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 % hazırıq".
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
