Pleyeri seçin:

İran terrora hansı cavabı verəcək? | Türkiyəli jurnalistdən şərh

05 yanvar 2024 405 baxış

“İran Qasım Süleymani sui-qəsdinə Ukrayna sərnişin təyyarəsini vuraraq cavab verdi. Əvvəlki təcrübələri nəzərə alsaq, indi də İranın lazımi cavab verə biləcəyini düşünmürəm”.

Bu sözləri türkiyəli jurnalist Mete Sohtaoğlu İranda baş verən terror aktını şərh edərkən deyib.

Onun sözlərinə görə, İranın bu məsələlərə baxışı Qərbdən fərqlidir:

“İran hadisələrə Qərb kimi yanaşmır, ondan öz mənafelərinə uyğun şəkildə daxili və regional siyasətdə təsirini artırmaq üçün necə istifadə edəcəyi haqqında düşünür. Ona görə ölənlərin sayı üzərindən özünə hədəf təyin edəcək. Hətta Pakistanı, regional siyasətə uyğun şəkildə İsraili də hədəf göstərə bilər”.

Sohtaoğlu rəsmi Tehranın teraktdan dövlətin öz nüfuzunu bərpa və cəmiyyətdə birliyi təmin etmək üçün istifadəyə çalışacağını, lakin bunun mümkün olmayacağını bildirib:

“90 gündə İran video və poster yayımlamaqdan, özünə bağlı Livan Hizbullahı tərəfindən atılan raketlərdən başqa heç nə etmədi. Ona görə, bir şey edə bilməməyin əzikliyi ilə tənqidlər qarşısında bundan istifadə etməsi mümkündür. Hadisədən kimə qarşı istifadə ediləcəyi bəlli olmasa da, Tehran və ölkə küçələrində ilk növbədə İsrail, ikinci növbədə ABŞ lənətləndi. Etirazlar bu ölkələrə qarşı istiqamətləndirilir. Qəzza məsələsi ilə bərabər, əgər xatırlayırsınızsa, İran küçələrində sosial etirazlar var idi. Rəsmi Tehran etirazları hansısa bir formada yatırtdı və onlar kəsildi.

Mən 2024-cü ildə Əli Xameneinin də səhhətindəki problemlərlə əlaqədar vəzifəsini buraxacağını, dini lider dəyişikliyi olacağını düşünürəm, etirazların davam edəcəyini proqnozlaşdırıram. Nəticə etibarilə bu hadisə də İsrail və ABŞ-nin hücumu üzərindən İranda cəmiyyəti konsolidasiya etmək üçün yararlı deyil. Çünki texnologiyanın inkişafı ilə birlikdə yoxsulluq içində və embarqolar altında olan İran xalqı öz pulunun İraq, Suriya, Yəmən, Livan və Afrikanın bəzi ölkələrində xərclənməsindən xeyli şikayətçidir. Buna görə mən İran xalqının bu məsələdən ayrı şəkildə iqtisadi sıxıntı və təzyiqlər səbəbindən küçələri dolduracağına inanıram”.

Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Dünya
09 avqust 2026 405 baxış
Türkiyə XİN-in Moskvaya sərt mesajı gündəmdə - Baku TV

Türkiyə XİN-in Moskvaya sərt mesajı gündəmdə - Baku TV

Dünya
09 avqust 2026 405 baxış
ABŞ rəsmisi İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdi - Baku TV

ABŞ rəsmisi İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdi - Baku TV

Dünya
09 avqust 2026 405 baxış
Moskvaya yeni PUA hücumu | Hava hücumundan müdafiə qüvvələri hərəkətə keçdi - Baku TV

Moskvaya yeni PUA hücumu | Hava hücumundan müdafiə qüvvələri hərəkətə keçdi - Baku TV

Dünya
09 avqust 2026 405 baxış
Türkiyədən Qara dənizdə məhdudiyyət

Türkiyədən Qara dənizdə məhdudiyyət

Dünya
08 avqust 2026 405 baxış
Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Dünya
08 avqust 2026 405 baxış
ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

Dünya
08 avqust 2026 405 baxış
400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

Dünya
08 avqust 2026 405 baxış
Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Dünya
08 avqust 2026 405 baxış
Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Dünya
08 avqust 2026 405 baxış
Seçilmişlər
icon