İran xarici işlər naziri Pakistan Ordusunun baş komandanı ilə bir arada
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan Ordusunun baş komandanı Asim Munirlə görüş keçirib.
IRNA-nın məlumatına görə, görüşdə regionda təhlükəsizlik vəziyyəti, Yaxın Şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Danışıqlarda bölgədə sabitliyin qorunması, gərginliyin azaldılması və diplomatik dialoqun davam etdirilməsi yolları diqqət mərkəzində olub.
Pakistan tərəfi regionda sülh və sabitliyin təmin olunması üçün dialoq və vasitəçilik təşəbbüslərini dəstəklədiyini bildirib.
Görüş zamanı iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə edilib.
Qeyd edək ki, rəsmi Tehran Əraqçİnİn Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşməyəcəyini bəyan edib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb
- Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir
- İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
