Pleyeri seçin:
İran yayılan xəbərləri təkzib etdi
İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə heabında paylaşım edib.
O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının fevralın 6-da Maskatda keçirilməsi planlaşdırılır. "Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram", – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama
- Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV
- Yaxın Şərqdəki müharibə ABŞ-ni çətin vəziyyətdə qoydu - Baku TV CANLI
- ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV
- ABŞ rəsmisi İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdi - Baku TV
