Pleyeri seçin:

İranda anti-Qərb siyasəti | Mühafizəkar qanad "təmizləmə" aparır?

15 fevral 2024 484 baxış

İranda fevralın 14-də əsas funksiyası ölkənin ali liderini seçmək olan hökumət orqanına – Ekspertlər Şurasına namizədlər üçün seçki kampaniyası başlayıb.

Seçki gününə üç həftədən az vaxt qalıb və səsvermə parlament seçkiləri ilə paralel keçirilməlidir.

Tənqidçilər iddia edirlər ki, İran rəhbərliyi güclərin mümkün balansı ilə bağlı rəy sorğularının təfərrüatlı nəticələrinin dərcinə qadağa qoyub, çünki fəallığın səviyyəsinin son dərəcə aşağı olacağı gözlənilir.

Ekspertlərin fikrincə, mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparır.

Ekspertlər Şurasına seçki kampaniyası 15 gün davam etməlidir. Rəsmi məlumatlara görə, İranın bütün əyalətlərindən ümumilikdə 500 iddiaçı namizəd olmaq üçün ərizə təqdim edib.

Bununla belə, tənzimləyici orqan olan Konstitusiyanın Mühafizəçiləri Şurası yalnız 144 namizədin seçkiyə qatılmasına icazə verib. Filtrdən keçməyənlər arasında İranın keçmiş prezidenti Həsən Ruhani də var. O, Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunur. Onun seçkiyə buraxılmaması İran dövlətinin kəskin anti-Qərb xəttini davam etdirəcəyini göstərir.

Səkkiz ildən bir keçirilən Ekspertlər Şurasına seçkilər martın 1-nə təyin edilib. Bundan sonra parlamentdə səsvermə keçirilməlidir. Əvvəlki seçkilərdə mandatların əksəriyyətini almış mühafizəkar düşərgə üçün bu, 2022-2023-cü illərin izdihamlı etiraz hərəkatının başlanmasından bəri ilk dəfə güc sınağı olacaq.

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 484 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 484 baxış
Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Dünya
25 sentyabr 2026 484 baxış
Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 484 baxış
Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 484 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 484 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 484 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 484 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 484 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 484 baxış
Seçilmişlər
icon