İranda su ilə bağlı kritik vəziyyət yaşanır
Yeniliklərdən dərhal xəbərdar olun
İranda son 58 ilin ən quraq payızı yaşanır. Su səviyyəsi kritik həddə düşüb.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İran Energetika Nazirliyinin Su Məlumatları İdarəsinin müdiri Firuz Qəsımzadə ölkədə yağışsızlığın ciddi həddə çatdığını bildirib.
“Bu payız son 58 ilin ən az yağıntılı dövrü rekordunu qırdı. Yağıntılar uzunmüddətli orta göstərici ilə müqayisədə 81 faiz azalıb. Su anbarlarındakı su səviyyəsi isə 32 faizə düşüb”, ‒ nazir əlavə edib.
O qeyd edib ki, paytaxt Tehran da daxil olmaqla, 15 əyalətdə yağış miqdarı 1 millimetrdən aşağı olub.
İran rəsmisi xüsusilə Tehran, İsfahan, Xorasan-e Rəzəvi, Qum, Hörmüzqan, Mərkəzi, Zəncan və Kirman əyalətlərindəki su anbarlarında vəziyyətin kritik olduğunu vurğulayıb.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
