Pleyeri seçin:

İrandan xəbərdarlıq: Təyin olunmuş xətdən çıxan gəmiləri bu dəhşətli aqibət gözləyir! - Baku TV

30 oktyabr 2026 65 baxış

Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb.

"Tasnim" xəbər verir ki, dəniz minaları ilə toqquşan tankerdə yanğın baş verib.

İranın Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, insident Hörmüz boğazının şərqində qeydə alınıb:

"Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib. Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır".

Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatları təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib. Səhər saatlarında isə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi Hörmüz boğazında, Hasabdan 9 dəniz mili şimalda insident barədə məlumat yayıb.

Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Krallığının Donanması tərəfindən idarə olunan Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edib.

İslam İnqliabı Keşikçiləri Korpusunun məlumatına görə isə Hörmüz boğazı və Fars körfəzinin İran sahillərində indiyədək ABŞ-yə məxsus 68 pilotsuz uçuş paratı vurulub. Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən ISNA məlumat yayıb.

"SEPAH-ın Hava-Kosmik Qüvvələrinin yeni qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilən iki xüsusi növ ABŞ pilotsuz uçuş aparatının sayı, 54 ədəd MQ-9 və 14 ədəd MQ-1 daxil olmaqla, 68 ədədə çatıb", – deyə SEPAH-dan bildirilib.

Banner
Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Dünya
01 noyabr 2026 65 baxış
Trampdan İrana yeni zərbə mesajı

Trampdan İrana yeni zərbə mesajı

Dünya
01 noyabr 2026 65 baxış
Polşada daxili gərginlik

Polşada daxili gərginlik

Dünya
01 noyabr 2026 65 baxış
Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Dünya
01 noyabr 2026 65 baxış
Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Dünya
01 noyabr 2026 65 baxış
Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Dünya
01 noyabr 2026 65 baxış
2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

Dünya
01 noyabr 2026 65 baxış
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 65 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 65 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 65 baxış
Seçilmişlər
icon