İranın Pakistana raket hücumundan sonra yaranan gərginlik sona çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib. Bu barədə Pakistanın yerli mətbuatı xəbər yayıb.
Məlumata əsasən, Pakistan Xarici İşlər Nazirliyi iki ölkənin xarici işlər nazirləri arasında danışıqlardan sonra gərginliyin sona çatdığını açıqlayıb. Tezliklə iki ölkənin səfirləri paytaxtlara qayıdacaq. İran və Pakistan arasında diplomatik əlaqələr əvvəlki səviyyəyə qayıdacaq.
Qeyd edək ki, son günlər İran və Pakistan arasında gərginlik yaranıb. Yanvarın 16-da İran Pakistan ərazisinə hava zərbələri endirib və bildirib ki, hədəf terrorçu qruplaşma olub və nəticədə "Ceyş əl-Zalum” terror qruplaşmasının iki mühüm qərargahı məhv edilib. Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirdiyini açıqlayıb. İran Xarici İşlər Nazirliyi bildirib ki, bu aviazərbələr nəticəsində 9 nəfər həlak olub.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
