Dünya
Pleyeri seçin:

İranın raket zərbələrinə İsrail necə cavab verəcək? | Maraqlı iddialar ortaya çıxdı

04 oktyabr 2024

İranın 1 oktyabrda İsrailə kütləvi raket zərbələrinə Təl-Əvivin necə cavab verəcəyi ilə bağlı maraqlı versiya səsləndirilib.

Erməni ekspert Qriqor Emin-Teryan 1981-ci ildə İraqda baş verənlərin təkrarlana biləcəyini iddia edib.

Onun fikrincə, 1981-ci ilin iyununda İsrail Hərbi Hava Qüvvələri Babil əməliyyatı zamanı Səddam Hüseynin nüvə bombasına sahib olmaq arzusunu məhv edib:

“Buna qədər İraqın bir neçə atom bombası hazırlamaq üçün kifayət qədər nüvə yanacağı istehsal etdiyi bildirilirdi. İran məsələsində də İsrail çoxdan Vaşinqtonun razılığını almaq və eyni əməliyyatı İran ərazisində də həyata keçirmək istəyirdi. Lakin ABŞ rədd edirdi.

ABŞ-nin razılaşması zəruri şərt idi, çünki İranın nüvə obyektləri yerin altındakı beton konstruksiyalarda gizlənir. İsrailin belə dərinə nüfuz edən raketləri və bombaları yox idi. Lakin ən son silahların yaradılmasında öz bacarıqları və uğurları ilə tanınan İsrail alimləri bu problemin həlli üzərində işləyirdilər”.

Onun sözlərinə görə, İranın yaxınmənzilli raketlərini Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya satmaq müqabilində Moskvanın nüvə texnologiyasını Tehranla bölüşməyə hazır olduğu xəbəri yayılanda vəziyyət dəyişdi. Bu xəbər ABŞ rəhbərliyini təşvişə salıb.

İranın bir neçə nüvə bombası hazırlamaq üçün kifayət qədər nüvə yanacağı istehsal etdiyi, hətta artıq nüvə bombası olduğu haqda informasiyalara diqqət çəkən ekspert xatırladıb ki, Tehrana məhz bunun cəsarət verdiyi iddiaları var. Cəsarətin miqyası isə odur ki, aprel zərbələri zamanı İran Macarıstan və Bəhreynin xarici işlər naziri vasitəsilə ABŞ-ni əvvəlcədən məlumatlandırıb, bu isə İsrail, ABŞ və Böyük Britaniya donanmalarına zərbəni zərərsizləşdirmək imkanı verib:

“Bu dəfə belə bir xəbərdarlıq olmayıb, lakin İsrail kəşfiyyatının zərbənin dəqiq gününü və vaxtını bildiyi güman edilir. ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Tramp qalib gəlsə, şübhəsiz ki, İrana zərbə endirməyə icazə verəcək. İddiaya görə, Cozef Bayden də dünyada nüvə silahının yayılmasının qarşısını almaq üçün belə bir razılaşma verə bilər”.

O bildirib ki, demokratlar da yəhudi seçicilərinin səsini qazanmaq üçün belə icazənin verilməsində maraqlıdır:

“Deməli, İsrailə İranın nüvə obyektlərini məhv etməyə icazə veriləcəyi ehtimalı yüksəkdir. Üstəlik, İsrailin sərəncamında olan F-35 qırıcıları radarlar üçün görünməzdir. Bu isə İranın nüvə obyektlərini qoruyan S-300 hava hücumundan müdafiə komplekslərinin radar antenalarını məhv etmək üçün kifayətdir”.

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

Dünya
22 noyabr 2024
Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Dünya
22 noyabr 2024
Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Dünya
22 noyabr 2024
Biri türkdür, digəri isə… | Boyları ilə “Ginnesin Rekordlar Kitabı”na düşən qadınlar

Biri türkdür, digəri isə… | Boyları ilə “Ginnesin Rekordlar Kitabı”na düşən qadınlar

Dünya
22 noyabr 2024
Putindən təcili xalqa müraciət | Rusiya düşmənlərinə bu silahlarla meydan oxuyur

Putindən təcili xalqa müraciət | Rusiya düşmənlərinə bu silahlarla meydan oxuyur

Dünya
22 noyabr 2024
İsrail məqsədlərinə çatana qədər... | Netanyahu həbs edilməsi barədə qərara səssiz qalmadı

İsrail məqsədlərinə çatana qədər... | Netanyahu həbs edilməsi barədə qərara səssiz qalmadı

Dünya
22 noyabr 2024
3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

Dünya
22 noyabr 2024
Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon