Dünya
Pleyeri seçin:
İranın təhdidləri ABŞ vəzifəlilərini bir araya gətirdi
Mayın 16-da Ağ Ev ABŞ senatorları üçün İranla bağlı brifinq keçirəcək.
Qeyd olunur ki, brifinqdə ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Tehrandan gələn təhdidlər və İranın nüvə sazişi üzrə danışıqların gedişi barədə məlumat verəcəklər.
Məlumata görə, brifinqdə ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Koul, ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini Morqan Myuir və digər yüksək səviyyəli hökumət rəsmiləri iştirak edəcəklər.
Məxfi keçiriləcək iclasda ABŞ-nin İran üzrə xüsusi elçisi Rob Melli, məzuniyyətdə olduğu üçün iştirak etməyəcək. Onu V.Şermanın müavini Abram Paley əvəz edəcək.
Kopyalandı
Seçilmişlər